Ombudsmanın potensialının gücləndirilməsinə dəstək Tvinninq layihəsi həyata keçirilir

Avropa İttifaqı və Azərbaycan arasında həyata keçirilən Tvinninq layihəsi çərçivəsində Ombudsmanın potensialının gücləndirilməsinə dəstək komponenti üzrə bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Gəncə Regional Mərkəzində rezident Tvinninq müşaviri Vulf Roever, habelə Yunanıstan Ombudsman təsisatının nümayəndələri Yiannis Boutselis və Lanbrus Bartionis tərəfindən Avropada regional ombudsmanların rolu və mandatı mövzusunda təlim keçirilmişdir .

 Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tərəfindən qonaqlara məlumat verilərək, ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş islahatlar, bu regional mərkəzin fəaliyyət istiqamətləri, iş prinspi, eyni zamanda Milli Preventiv Mexanizmin mandatı çərçivəsində regional mərkəzin gördüyü işlər, bu sahədə formalaşmış təcrübə, insan hüquqları sahəsində fəaliyyət götərən beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrin qurulması, insan hüquqlarına həsr edilmiş birgə proqramlarda iştirak, habelə dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq haqqında geniş məlumat vermişdir.

Tvinninq layihəsinin ekspertləri tərəfindən bir çox Avropa ölkələrində fəaliyyətdə olan  milli və  regional Ombudsman institutları barədə məlumatlar verilmiş, onların dövlət orqanları, icmalar, bələdiyyələrlə işləmə prinsiplərindən, müraciətlərin araşdırılması, başçəkmələr, vətədaş cəmiyyəti üzvləri ilə şəbəkə qurma və qarşılıqlı əməkdaşlıq münasibətlərindən bəhs edilmiş, mövzu ətrafında geniş fikir və təcrübə  mübadiləsi aparılmışdır.     

Mətbuat xidməti