Novruz bayramı münasibətilə uşaqlarla görüş keçirilib

Novruz bayramı münasibətilə Ombudsman Aparatının əməkdaşları “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin Qadın və Uşaq Sığınma Evinin, habelə “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı İnteqrasiya Mərkəzinin sakinləri ilə görüşüb, bayramlarını təbrik edərək hədiyyələr təqdim ediblər. 

Təşkilatların rəhbərliyi və sakinlər göstərdikləri diqqət və qayğıya görə Müvəkkilə təşəkkürlərini bildiriblər.