Ombudsman Səbinə Əliyeva Hərbi Liseydə olub

Azərbaycan Respublikası Müdafiə nazirinin və Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təsdiq etdikləri birgə tədbirlər planına əsasən, Ombudsman Səbinə Əliyevanın rəhbərliyi ilə aparatın əməkdaşları Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edib.

Ombudsman əvvəlcə hərbi liseyin Heydər Əliyev Muzeyinə gələrək burada Ümummilli Liderin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyub, muzeylə tanışlıqdan sonra xatirə kitabına öz ürək sözlərini yazıb.

Sonra Ombudsman hərbi liseyin tədris korpusu, tibb məntəqəsi, idman kompleksi, eləcə də kursant yataqxanası, yeməkxana və digər inzibati binalara baş çəkib.

Sonda hərbi liseyin klubunda şəxsi heyətlə görüş keçirilib, tədrisdə, nizam-intizamda fərqlənən kursantlara xatirə hədiyyələri təqdim olunub.