Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Şəki Penitensiar müəssisəsinə başçəkmə həyata keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığı əsasında növbəti başçəkmə Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsinə keçirilmişdir.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, təqsirləndirilən şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olmuşdur.

Başçəkmə çərçivəsində müəssisənin yataqxana korpuslarına, cərimə təcridxanasına, yeməkxanaya, mətbəxə, ərzaq anbarına və digər obyektlərə baxışlar keçirilmiş, tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılmışdır.

 Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə bir çox məhkum, habelə təqsirləndirilən şəxslər fərdi qəbul olunmuş, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılmışdır. Qəbul olunanlar daha çox yataq dəstlərinin yararsız olmasından, bəziləri isə yemək təminatı, tibbi yardım və barələrində aparılan istintaqdan narazılıqlarını bildirmişlər.

Başçəkmə çərçivəsində qaldırılan məsələlər yerində araşdırılmış, istintaqla bağlı məsələlər üzrə hüquqi məsləhətlər verilmiş, Ombudsmanın səlahiyyətləri izah olunmuş, bir sıra müraciətlər yerində təmin olunmuşdur.

Başçəkmənin yekununda müəssisə rəhbərliyi ilə söhbətlər aparılmış, müraciətlərin göndərilməsi və sənədləşmə ilə bağlı müəyyən edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilmişdir.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaqdır. pan lang=AZ-LATIN style='font-size:14.0pt;line-height:115%;font-family:"Times New Roman","serif"; mso-fareast-font-family:Calibri;mso-ansi-language:AZ-LATIN;mso-fareast-language: EN-US;mso-bidi-language:AR-SA'>Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaqdır.