• Müvəkkil
  • Regional mərkəzlər
  • Şikayətlər
  • Bəyanatlar
  •   Russian English
  • Xəbərlər
  • Səhifənin xəritəsi
  • Əlaqələr





  • Xəbərlər

    Ombudsmanın nümayəndələri 6 saylı cəzaçəkmə müəssisəsində ölüm faktını araşdırmışlar

         Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları 25 iyun 2009-cu il tarixdə baş vermiş ölüm faktını araşdırmaq məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində olmuşlar.
         Araşdırma zamanı məlum olmuşdur ki, bu müəssisədə cəzaçəkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 150.2.1, 150.2.4 maddələri ilə təqsirli bilinərək 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Emin Ələsgər oğlu Hüseynov CM-in 177.2, 180.2 və 234.1 maddələri ilə 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Həbibull Eldar oğlu Həbibullayev birləşərək, CM-in 332.3 maddəsi ilə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Elvin Rəsul oğlu Həsənovu öldürmüşlər. Onların arasında şəxsi zəmində baş vermiş münaqişənin kəskinləşməsi və mərhumun onları söyüşlə təhqir etməsi törədilmiş qətlin səbəbi kimi göstərilir.
         Ombudsmanın nümayəndələri ölüm hadisəsi üzrə saxlanılan hər iki şəxslə görüşüb söhbət etmişlər. Həmin şəxslər göstərilən halları təsdiq edərək, qətl hadisəsinin onlar tərəfindən törədildiyini, münaqişənin yalnız onların üçü arasında baş verdiyini, digər məhkumların bu münaqişəyə qoşulmadığını söyləmişlər. Hər iki şəxs müəssisə əməkdaşları və digər məhkumlar tərəfindən onlara qarşı qanunsuz rəftara, təzyiqə yol verilmədiyini bildirmişdir.
         Qeyd olunmalıdır ki, hazırda həmin şəxslər müəssisənin cərimə təcridxanasında, digər məhbuslardan təcrid olunmuş halda saxlanılırlar. Müəssisənin rəisi Elman Əlişirovla söhbət zamanı o, baş vermiş hadisə ilə bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi açıldığını, yaxın günlərdə hər iki məhkumun istintaq təcridxanasına göndəriləcəyini söyləmişdir.


    02.07.2009 | 

    Geri 



    Yeni bülletenlər
    [ 30.10.2009 ] Aparatın əməkdaşları saxlanma yerlərinə və istintaq təcridxanasına baxış keçirmişlər

    [ 30.10.2009 ] OMBUDSMANIN QƏBUL OTAĞINDAN

    [ 29.10.2009 ] Azərbaycan Ombudsmanı Şərqi Avropa tərəfdaşlığına önəm verir

    [ 28.10.2009 ] Məntəqə Tipli Cəzaçəkmə Müəssisələrinə və Xüsusi Müəssisələrə baxış

    [ 27.10.2009 ] Aparatda bələdiyyə seçkiləri ilə bağlı treninq-seminar

      © 2007  Ombudsman.gov.az