• Müvəkkil
  • Regional mərkəzlər
  • Şikayətlər
  • Bəyanatlar
  •   Russian English
  • Xəbərlər
  • Səhifənin xəritəsi
  • Əlaqələr





  • Xəbərlər

    [ 03.03.2010 ] E.Süleymanova Xatun mükafatı ilə təltif olunmuşdur
    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın çoxşaxəli fəaliyyətində ictimaiyyətlə əlaqələr və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq mühüm yer tutur. Ombudsman insan hüquqlarının, o cümlədən mədəni hüquqların müdafiəsi və həyata keçirilməsinə yönəlmiş tədbirlər təşkil edərkən ictimaiyyətin nümayəndələri, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və KİV-lə qarşılıqlı əməkdaşlığa önəm verir, insan hüquqları üzrə fəaliyyət göstərən QHT-lərin təşəbbüslərinin gerçəkləşməsində, media nümayəndələrinin üzləşdikləri çətinliklərin həllində yardımçı olur, faydalı tövsiyələr verir, sıx əməkdaşlıq əlaqələrini davam etdirir. Müvəkkil, bu mənada, ictimaiyyətin və KİV-in də daim diqqətində olan şəxsdir, onun fəaliyyəti dəfələrlə bu qurumlar tərəfindən yüksək dəyərləndirilmiş və müxtəlif ictimai mükafatlara layiq görülmüşdür.
    »»»



    [ 02.03.2010 ] Ombudsman “Ekologiya ili” çərçivəsində tədbirləri davam etdirir
    Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin tövsiyəsi ilə 2010-cu il respublikamızda “Ekologiya ili” elan edilmişdir. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə onun uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində “Ekologiya ili” çərçivəsində növbəti tədbir keçirilmişdir. “Azərbaycan yurdum mənim” devizi ilə təşkil edilmiş tədbir ölkəmizdə ətraf mühitin qorunması mövzusuna həsr edilmişdir. Tədbirdə Ombudsman Aparatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi, uşaqlar və valideynlər iştirak etmişlər.
    »»»


    [ 01.03.2010 ] Ombudsman 2009-cu il üzrə illik məruzəsini təqdim etmişdir
    Ombudsman Elmira Süleymanova “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə əsasən, əvvəlki illərdə olduğu kimi, cari il bitdikdən sonra iki aydan gec olmayaraq, 26 fevral 2010-cu il tarixdə “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2009-cu il üzrə illik məruzəsini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etmişdir.
    »»»


    [ 26.02.2010 ] Ombudsman Aparatının əməkdaşı Xocalı faciəsinin ildönümü ilə bağlı dəyirmi masada iştirak etmişdir
    Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin təşkilarçılığı ilə “Xocalı soyqırımı: bəşəri cinayət cəzasız qala bilməz” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirə dövlət qurumları, qeyri-hökumət təşkilatları və KİV-in nümayəndələri qatılmışlar.
    »»»


    [ 26.02.2010 ] Sumqayıt şəhərindəki “Təfəkkür” və “İstedad” liseylərində uşaq hüquqlarına dair treninqlər keçirilmişdir
    Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın çoxşaxəli fəaliyyətində uşaqların hüquqlarının müdafiəsi də mühüm yer tutur. Müvəkkil ölkə ictimaiyyətinin kiçik nümayəndələri ilə daim ünsiyyətdə olur, onların insan hüquqlarının öyrənilməsi, tədrisi və təbliğində iştirakını, bilik və bacarıqlarının, istedadının artırılmasını, ahəngdar inkişafını diqqətdə saxlayır. Uşaq hüquqları üzrə maarifləndirmə işinə önəm verən Ombudsman QHT-lər və gənclər təşkilatlarının da bu istiqamətdə təşəbbüslərinə dəstək verir, yardımçı olur, həmin qurumlarla birlikdə uşaqlara ünvanlanan hüquqi maarifləndirmə tədbirləri həyata keçirir.
    »»»


    [ 24.02.2010 ] Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsində olmuşlar
    İşgəncələr əleyhinə preventiv mexanizmin funksiyalarının icrası məqsədi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və onun tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları azadlıqdan məhrumetmə yerlərinə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, psixiatriya müəssisələrinə planlı və müraciətlər üzrə baxışları davam etdirirlər.
    »»»


    [ 24.02.2010 ] Ombudsman Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobyanı qəbul etmişdir
    Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobyanı qəbul etmişdir.
    »»»


    [ 20.02.2010 ] Ombudsman Aparatının əməkdaşları istintaq təcridxanalarına baxış keçirmişlər
    İşgəncələr əleyhinə preventiv mexanizmin funksiyalarının icrası məqsədi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və onun tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları azadlıqdan məhrum etmə yerlərinə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, psixiatriya müəssisələrinə planlı və müraciətlər üzrə baxışları davam etdirirlər.
    »»»


    [ 20.02.2010 ] Ombudsman "Yerli özünüidarəetmə orqanlarında qadınların rolu" adlı konfransda iştirak etmişdir
    19 fevral 2010-cu il tarixdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Yerli özünüidarəetmə orqanlarında qadınların rolu" mövzusunda konfrans keçirilmişdir. Tədbirə Azərbaycan Respublikası Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, habelə dövlət orqanları və QHT-lərin təmsilçiləri qatılmışlar.
    »»»


    [ 19.02.2010 ] Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzində “Ekologiya ili” çərçivəsində tədbir keçirilmişdir
    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində “Ekologiya ili” çərçivəsində tədbir keçirilmişdir. “Azərbaycan yurdum mənim” devizi ilə keçirilən proqram üzrə növbəti tədbir Azərbaycan Respublikasının təbii sərvətləri mövzusu ilə bağlı olmuşdur. Tədbirdə Ombudsman Aparatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, Bakı Dövlət Universitetinin (BDU) professorları, uşaqlar və valideynlər iştirak etmişlər.
    »»»


    1234567891011121314151617181920212223242526272829303132333435363738394041424344454647484950515253545556575859606162636465666768



    Yeni bülletenlər
    [ 30.10.2009 ] Aparatın əməkdaşları saxlanma yerlərinə və istintaq təcridxanasına baxış keçirmişlər

    [ 30.10.2009 ] OMBUDSMANIN QƏBUL OTAĞINDAN

    [ 29.10.2009 ] Azərbaycan Ombudsmanı Şərqi Avropa tərəfdaşlığına önəm verir

    [ 28.10.2009 ] Məntəqə Tipli Cəzaçəkmə Müəssisələrinə və Xüsusi Müəssisələrə baxış

    [ 27.10.2009 ] Aparatda bələdiyyə seçkiləri ilə bağlı treninq-seminar

      © 2007  Ombudsman.gov.az