• Müvəkkil
  • Regional mərkəzlər
  • Şikayətlər
  • Bəyanatlar
  •   Russian English
  • Xəbərlər
  • Səhifənin xəritəsi
  • Əlaqələr





  • Yeni bülletenlər

    Ombudsmanın müraciətləri əsasında bu günədək 240 məhkum əfv olunmuşdur

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova fəaliyyət dövrü ərzində özlərinin və ailə üzvlərinin müraciətlərinə əsasən, məhkumların qanun çərçivəsində əfv edilməsinin mümkünlüyünü araşdırmış, bəzilərinin törətdikləri hərəkətlərdən peşmançılıq çəkdiklərini, islah olunduqlarını və artıq cəmiyyət üçün ictimai təhlükə törətmədiklərini nəzərə alaraq, Ombudsman haqqında Konstitusiya Qanununun 1.4.-cü maddəsinə əsasən həmin məhkumların əfv olunmaları ilə bağlı dəfələrlə müraciətlər ünvanlamışdır.
    Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin imzaladığı, sayca 45-ci olan Əfv Fərmanında Azərbaycan dövlətinin humanizm və ədalət prinsiplərinə əsaslanan siyasəti davam etdirilərək, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan Hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılmaqla məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəzalarının müəyyən hissəsini çəkdikləri, bu müddətdəki davranışları nəzərə alınmış, 96 məhkum əfv olunmuşdur. Neçə-neçə ailəyə sevinc gətirən əfv fərmanı icra olunmuş, çox sayda məhkumlar azadlığa buraxılmışlar.
    Ombudsmanın müraciətləri nəzərə alınaraq, bu günədək ümumilikdə 240 məhkum, o cümlədən yetkinlik yaşına çatmayan və qadın məhkumlar əfv edilmiş və azadlığa buraxılmışdır.
    Müvəkkil əfv fərmanının icra olunması ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tərbiyə müəssisəsində olmuş, yetkinlik yaşına çatmayan məhkumlarla görüşmüşdür. O, çıxış edərək əsas insan hüquqları və uşaq haqları sırasında yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının da mühüm yer tutduğunu söyləmişdir. Qeyd edilmişdir ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş mühüm işlər həyata keçirilir. BMT-nin üzvü olan Azərbaycan Uşaq Haqları Konvensiyasına qoşularaq bu problemi öz milli prioritetləri səviyyəsinə qaldırmış, respublikamızda «Uşaq hüquqları haqqında» Qanun qəbul edilmişdir. Bu sahədə Ombudsman təsisatının da səmərəli fəaliyyət göstərdiyi vurğulanmış, görülən işlər barədə məlumat verilmişdir.
    E.Süleymanova dövlətimizin humanist siyasəti barədə məlumat vermiş, 8 amnistiya aktının qəbul olunduğu və 45 əfv fərmanının imzalandığını vurğulamışdır. O, fəaliyyəti dövrü ərzində ölkə Prezidenti yanında Əfv məsələləri Komissiyası qarşısında qadın, ahıl, ağır xəstə, yeniyetmə məhkumlarla bağlı dəfələrlə vəsatət qaldırdığını, həmin vəsatətlər nəticəsində çox saylı məhkumların əfv olunduğunu, cəzaçəkmə müəssisələrindən azad edildiyini, ailələrinə qovuşduğunu bildirmiş, onların arasında tərbiyə müəssisəsində cəza çəkən yetkinlik yaşına çatmayan məhkumların da olduğunu qeyd etmişdir. O, əfv edilmiş və azadlığa çıxan azyaşlı məhkumların islah olunduqlarına, peşmançılıq çəkdiklərinə, başqalarına da nümunə olacaqlarına, onları xoşagəlməz hərəkətlərdən yayındıracaqlarına inandığını söyləmiş, digərlərinə vətənimizə layiq, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşmağı, təhsil almağı, peşələrə yiyələnməyi, cəza müddətini başa vurduqdan sonra ailələrinə qayıtmağı, faydalı əməklə məşğul olmağı tövsiyə etmişdir.
    Müvəkkil həmçinin ölkəmizdə “Yuvenal ədliyyə haqqında” qanunun qəbul olunmasına hazırlıq işlərinin davam etdiyini, yeniyetmələrə tətbiq olunan cəzaların daha da liberallaşmasını, məhkumlara qarşı humanist yanaşmanın həyata keçirildiyini bildirmişdir.
    E.Süleymanova bu müəssisədəki əfv olunmuş məhkumlara azadlığa çıxmaları haqqında sənədləri təqdim etmişdir.


    27.08.2008 | 

    Geri 



    Yeni bülletenlər
    [ 30.10.2009 ] Aparatın əməkdaşları saxlanma yerlərinə və istintaq təcridxanasına baxış keçirmişlər

    [ 30.10.2009 ] OMBUDSMANIN QƏBUL OTAĞINDAN

    [ 29.10.2009 ] Azərbaycan Ombudsmanı Şərqi Avropa tərəfdaşlığına önəm verir

    [ 28.10.2009 ] Məntəqə Tipli Cəzaçəkmə Müəssisələrinə və Xüsusi Müəssisələrə baxış

    [ 27.10.2009 ] Aparatda bələdiyyə seçkiləri ilə bağlı treninq-seminar

      © 2007  Ombudsman.gov.az