|
|
| [ 06.01.2009 ] Ombudsman Aparatının əməkdaşı Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının Fəxri fərmanı ilə təltif olunmuşdur |
| Ombudsman Aparatının Elmi-analitik sektorunun müdiri Zaur Əliyev Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının prezidenti, BMT Beynəlxalq Tribunalının hakimi, hüquq elmləri doktoru, professor A.L.Kolodkin tərəfindən assosiasiyanın Fəxri fərmanı ilə təltif edilmişdir. O, bu mükafata layiq görülən ilk azərbaycanlı hüquqşünasdır. Z.Əliyev həmin qurumun işində səmərəli fəaliyyətinə, assosiasiyanın konfranslarında məzmunlu çıxışlarına, həmçinin Azərbaycanla Rusiya Federasiyası (RF) arasında elmi əlaqələrin inkişafında xidmətlərinə görə layiq görülmüşdür. |
|
| [ 06.01.2009 ] Azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların hüquqları beynəlxalq konfransda müzakirə olunacaq |
| Bütün dünyada yeganə dinlərarası qurum olan Uşaqlar üçün Qlobal dini şəbəkə (UQDŞ) öz fəaliyyətini müxtəlif ölkələrdən olan uşaqların və gənclərin hüquqlarının və rifahının müdafiəsinə yönəltmişdir. Bu şəbəkə 82 ölkənin uşaq hüquqları və uşaq inkişafı üzrə təşkilatlarını əhatə edir, BMT, YUNİSEF, YUNESKO və digər nüfuzlu beynəlxalq qurumlarla, QHT və KİV-lə, hökumət və biznes icması ilə milli, regional və qlobal səviyyədə tərəfdaşlıq edir. |
|
| [ 05.01.2009 ] Ombudsman Aparatının əməkdaşı Qafqaz regionu jurnalistlərinin beynəlxalq konfransında iştirak etmişdir |
| Qafqaz regionu jurnalistlərinin bir araya gəlməsinin vacibliyi son dövrdə xüsusilə aktuallaşmışdır. Bunu regionun hazırkı ictimai-siyasi durumu, bölgədə baş verən hadisələr, hərbi münaqişələr şərtləndirir. |
|
| [ 30.12.2008 ] Bioloji müxtəlifliyin qorunması mühüm vəzifədir |
| Fundamental elmi tədqiqatlar, elmi-texnoloji tərəqqi bəşəriyyətin inkişafına, insanların yaşayış səviyyəsinin yüksəlməsinə, insan hüquq və azadlıqlarının müdafiəsi və təmin olunmasına böyük təsir göstərir. |
|
| [ 30.12.2008 ] Ombudsmanın məhkumlar arasında keçirdiyi sorğuların nəticələri Penitensiar Xidmətə göndərilmişdir |
| Məlum olduğu kimi, icrasının əlaqələndirilməsi Ombudsman tərəfindən həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planında (MFP) əhalinin müxtəlif qrupları ilə yanaşı, azadlıqdan məhrum edilmiş şəxslərin islah olunmasına ictimaiyyətin cəlb edilməsi, saxlanma şəraiti və rejimin, qanunvericiliyin və normativ-hüquqi aktların beynəlxalq təcrübəyə müvafiq olaraq humanistləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi və məhbusların hüquqlarının müdafiəsinə yönəlmiş digər tədbirlər də öz əksini tapmışdır. |
|
|
 |

|
|
 |
|